...

Azərbaycan Dünya İqtisadi Forumunda təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2014 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Türkiyənin İstanbul şəhərində "Regional İnkişaf üçün Əlavə İmkanların Yaradılması" mövzusunda Dünya İqtisadi Forumu keçirilir. Sentyabrın 28-də öz işinə başlayan Forumda Azərbaycan Respublikasını maliyyə naziri Samir Şərifov təmsil edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 70 ölkədən 500-dən çox yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlərin iştirak etdiyi forum çərçivəsində "Enerji dünyasının dəyişən şəkli: bölgənin yeni inkişaf hədəfləri, "Fiziki və rəqəmsal infrastrukturun gələcəyi" və s. mövzularda sessiyalar təşkil olunub.

Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. 1987-ci ildən etibarən Davos İqtisadi Forumu Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Azərbaycan Respublikası 1995-ci ildən Dünya İqtisadi Forumunun fəal iştirakçısıdır. Son illərdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlıq inkişaf edərək yeni mərhələyə daxil olmuş, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində keçirilmişdir.

Azərbaycan Respublikasında iqtisadi sahədə həyata keçirilən uğurlu islahatlar Dünya İqtisadi Forumu tərəfindən də izlənilir, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühiti dünyanın aparıcı iqtisadi qurumu tərəfindən beynəlxalq miqyasda xüsusilə qeyd edilir, hesabatlarda bu amil daim ön plana çəkilir. Azərbaycan bu günlərdə açıqlanan Dünya İqtisadi Forumunun "Qlobal rəqabətqabiliyyətlilik hesabatı 2014-2015" adlı hesabatında daha bir pillə irəliləyərək 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti