...

Avropa bankları Azərbaycana manatla kredit ayırmağa başlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2014 16:49 (UTC +04:00)
Niderland İnkişaf Bankı (FМО) və Avstriya İnkişaf Bankı (OeEB) çərşənbə günü Azərbaycanın “Finca Аzеrbаijаn” bank olmayan kredit təşkilatı (BOKT) ilə 30 milyon dollar məbləğində kredit sazişi imzalayıblar.
Avropa bankları Azərbaycana manatla kredit ayırmağa başlayıblar

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Niderland İnkişaf Bankı (FМО) və Avstriya İnkişaf Bankı (OeEB) çərşənbə günü Azərbaycanın "Finca Аzеrbаijаn" bank olmayan kredit təşkilatı (BOKT) ilə 30 milyon dollar məbləğində kredit sazişi imzalayıblar.

Trend xəbər verir ki, 5 il müddətinə imzalanmış müqaviləyə görə, həmin vəsaitlərin əsasən Azərbaycanın ucqar rayonlarında kiçik sahibkarlığın dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.

İmzalanma mərasimində qeyd edilib ki, bu kredit vəsaitlərinin hesabına kənd təsərrüfatı ilə məşğul olan 15 mindən artıq sahibkarın tələbatı təmin olunacaq.

FMO-nun Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Henk Neyland deyib ki, kreditin 15 milyon dolları bilavasitə dollarla, daha 15 milyonu isə manat ekvivalentində ayrılacaq.

"FINCA International" Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Bakıda və ölkənin regionlarında təşkilatın 65 filialı fəaliyyət göstərir. Şirkətin müştəri bazası 150 min nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti