...

Türkiyə BTQ-ni nə vaxt istismara verəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2014 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu magistralını 2015-ci ilin sonunadək istismara vermək niyyətindədir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan deyib.

Onun sözlərinə görə, bu, vacib layihələrdən biridir, çünki Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

BTQ layihəsinin 2015-ci ildə başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti