...

ASA-nın Həyat Sığortası komitəsinin iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2015 15:05 (UTC +04:00)
Ötən həftə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat Sığortası komitəsinin növbəti iclası keçirilib.
ASA-nın Həyat Sığortası komitəsinin iclası keçirilib

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Ötən həftə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat Sığortası komitəsinin növbəti iclası keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, iclasda Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı"nda nəzərdə tutulmuş həyat sığortasına aid olan məsələlər müzakirə olunub.

Yığıncaqda Sığorta Təlim Mərkəzində həyat sığortasına aid kursların təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, sığorta sahəsində investisiya imkanları, eləcə də sığorta bazarında investisiya üçün yeni alətlərin tətbiqi və həyat sığortası şirkətlərinin bu istiqamətdə fəaliyyəti barədə müzakirələr aparılıb.

Yığıncaqda həyat sığortası sahəsində fəaliyyət göstərən "Atəşgah Həyat", "Paşa Həyat" və "Qala Həyat" sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti