...

Azərbaycan istehsal etdiyi avtomobilləri xarici bazarlara çıxarır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 15:22 (UTC +04:00)
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) və “Minsk Avtomobil Zavodu” ASC (MAZ) istehsalat, satış, servis mərkəzlərinin açılması və məhsulların üçüncü ölkələrin bazarlarına çıxışı sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum imzalayıblar.
Azərbaycan istehsal etdiyi avtomobilləri xarici bazarlara çıxarır (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Emil İsmayılov/

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və "Minsk Avtomobil Zavodu" ASC (MAZ) istehsalat, satış, servis mərkəzlərinin açılması və məhsulların üçüncü ölkələrin bazarlarına çıxışı sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum imzalayıblar.

Trend-in məlumatına görə, memorandum MAZ-ın baş direktoru Dmitri Stepanoviç Kateriniç və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev arasında imzalanıb.

MAZ-ın baş direktoru və onun müavininin Azərbaycana səfəri çərçivəsində Baş nazirin birinci müavini Yaqub Eyyubovla görüş keçirilib. Görüşdə respublikada MAZ yük avtomobillərinin istehsalı üzrə birgə fəaliyyət qeyd edilib və yüksək qiymətləndirilib.

Görüş zamanı tərəflər əməkdaşlığın perspektivlərini, Azərbaycanda istehsal olunan MAZ avtomobillərinin üçüncü ölkələrin bazarlarına çıxışını və istehsalın səmərəliliyinin artırılmasını da müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti