...

Azərbaycanda marjinal ticarətin tədrisi genişləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 10:53 (UTC +04:00)
Son illər Azərbaycan qiymətli kağızlar bazarında açıq-aydın müsbət inkişaf meylləri müşahidə edilir.
Azərbaycanda marjinal ticarətin tədrisi genişləndirilir

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Son illər Azərbaycan qiymətli kağızlar bazarında açıq-aydın müsbət inkişaf meylləri müşahidə edilir. Dövlət nəzdində fəaliyyət göstərən bir çox təlim mərkəzlərində və broker şirkətlərində kapital bazarları və marjinal ticarət istiqamətində təşkil olunan təlimlərə maraq artıb. Belə ki, az kapital ilə daha çox gəlir imkanı əldə etmək istəyən gələcəyin fərdi investorları bu sahə üzrə daha dərin biliklərə yiyələnmək üçün tədris mərkəzlərinə üz tuturlar. İnkişaf etmiş ölkələrdə artıq bu istiqamət daha geniş yer alıb. Bu sevindirici haldır çünki, inkişaf edən ölkələrdə kapital bazarlarının istər fərdi, istərsə də korporativ investorların sayının artmasında və ölkə iqtisadiyyatının inkişafında böyük rolu var. Belə olan halda niyə də müasir dövrün ən gəlirli sahəsinə maraq artmasın?

Bu gün sahənin tədrisində dövlət özü də maraqlıdır. Belə ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi bu istiqamətdə fəaliyyət göstərmək üçün bütün maddi texniki baza və peşəkar lisenziyalaşmış işçi qrupuna malikdir. Araşdırmalar nəticəsində məlum oldu ki, tədris vermək üçün peşəkar treydinq və konsaltinq xidməti təklif edən şirkətlərin lisenziyalaşmış işçiləri də olmadır. Ümumiyyətlə, kapital bazarlarında ticarət etmək istəyən insanların bu sahə üzrə minimum biliyə sahib olması və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdə lisenziyalı işçilərin çalışması şərtdir.

Artıq Azərbaycanda kapital bazarlarının yeni dövrü başlayır. İnanırıq ki, 2015-ci ildə ölkədə kapital bazarlarının inkişafı, broker şirkətlərinin güclənməsi, investisiya mədəniyyətinin formalaşması daha da sürətlənəcək. Sonda gələcəyin fərdi investorları olmaq istəyən insanlara kapital bazarlarının peşəkar iştirakçısına çevrilmələri üçün lisenziyalı şirkətlərlə çalışmağı tövsiyyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti