Azərbaycan, Bakı, 11 mart /Trend/
Azərbaycanda dollar və avronun məzənnəsində müvafiq olaraq artım və azalma qeydə alınıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, martın 11-nə 1 ABŞ dollarının məzənnəsi 1.0492, 1 avronun məzənnəsi isə 1.1208 AZN təşkil edib.
Qeyd edək ki, dünən ölkədə 1 ABŞ dollarının məzənnəsi 1,0491 manat, 1 avronun məzənnəsi isə 1,1327 manat səviyyəsində müəyyən olunmuşdu.