Azərbaycan, Bakı, 20 mart /Trend/
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artaraq 141,7 milyon manat olub.
Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 milyon manat təşkil edib.