...

"FINCA Azerbaijan"a manatla kredit xətti ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 18:47 (UTC +04:00)
PROPARCO bu gün FINCA bank olmayan kredit təşkilatının yeni maliyyə tərəfdaşınə çevrilib. Bu təşkilat kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilmələri üçün kredit verilməsi məqsədilə “FINCA Azerbaijan”a yerli valyuta ilə 11,5 milyon avro məbləğində kredit xətti açıb.
"FINCA Azerbaijan"a manatla kredit xətti ayrılıb

Azərbaycan, Bakı, 14 may /Trend/

PROPARCO bu gün FINCA bank olmayan kredit təşkilatının yeni maliyyə tərəfdaşınə çevrilib. Bu təşkilat kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilmələri üçün kredit verilməsi məqsədilə "FINCA Azerbaijan"a yerli valyuta ilə 11,5 milyon avro məbləğində kredit xətti açıb.

Təşkilatdan Trend-ə verilən məlumata görə, "FINCA Azerbaijan" Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə təşkilatıdır və o, kənd təsərrüfatı daxil olmaqla, ölkə üzrə kredit və digər xidmətlər göstərir. Hazırda təşkilatın 150.000-dən artıq kredit götürmüş müştərisi və 185 milyon ABŞ dolları məbləğində kredit portfeli vardır. "FINCA Azerbaijan" təsis edildiyi 1998-ci ildən bəri bir milyondan artıq kredit vermişdir.

PROPARCO-nun baş icraçi direktoru Klod Periou kənd yerlərində maliyyə xidmətlərinin bütün təbəqəyə göstərilməsi üzrə təşkilatın üzərinə götürdüyü öhdəliyinə və Mərkəzi Asiyadakı mandatına tamamilə uyğun olan bu fəaliyyəti alqışlayıb. ""FINCA Azerbaijan" təşkilatını dəstəkləməklə biz məsuliyyətli mikromaliyyə strukturunun tanıtımı ilə məşğul olan bu sahənin bir iştirakçısının mövqeyinin möhkəmləndirilməsinə öz töfhəmizi veririk".

Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsində mikro, kiçik və orta həcmli biznesin aparıcı rol oynadığı Azərbaycanın mikromaliyyə sektorunda PROPARCO təşkilatının yerinə yetirdiyi ikinci əməliyyatıdır. Ayrılmış bu uzun-müddətli kredit vasitəsilə PROPARCO müştərilərin yerli valyuta ilə maliyyələşdirilmə ehtiyaclarını qarşılamaq üçün "FINCA Azerbaijan"nın strategiyasının inkişaf etdirilməsinə kömək edir.
"PROPARCO tərəfindən ayrılmış bu kredit xətti minlərlə yeni və mövcud müştərilərə işlək kapital kreditinə çıxışı genişləndirməyə kömək edəcək"-, deyə "FINCA Azerbaijan"nın Baş İcraçı Direktoru Tim TARRANT qeyd edir. "Kredit xətti Azərbaycan manatı ilə ayrıldığı üçün, bu, kredit alanları valyuta məzənnəsində baş verən qeyri-stabil dəyişmələrdən qoruyacaq. Bu həmçinin FINCA üçün bir maliyyə təssisatı kimi faydalı olan maliyyələşdirmə bazamızın daha da şaxələnməsinə xidmət edir".
HAQQINDA

PROPARCO "Agence Française de Développement" (AFD) təşkilatı və Şimal və Cənubdan olan açıq və özəl səhmdarlar tərəfindən birgə idarə olunan Maliyyələşdirmə Sahəsinin İnkişafı üzrə Maliyyə İnstitutudur. Təşkilatın missiyası artıma, davamlı inkişafa və BMT-nin Minilliyin İnkişaf Məqsədləri proqramının hədəflərinə nail olmaq məqsədilə dünya bazarına yeni daxil olan və inkişaf etməkdə olan ölkələrdə özəl sektora investisiyanın yatırılmasına təkan verməkdir. PROPARCO dunyanın iki-tərəfli əsas maliyyə inkişafı təşkilatlarından biridir. Təşkilat, xüsusilə Afrikada, dünya bazarına yeni daxil olan və ən kasıb ölkələri əhatə etməklə, dörd qitədə investisiyalar yatırır və onun sosiyal və ətraf mühitlə bağlı məsuliyyətlilik üzrə yüksək səviyyəli tələbləri mövcuddur. www.proparco.fr

"FINCA Azerbaijan" Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-bank mikromaliyyə təşkilatıdır və o, FINCA-nın qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir. "FINCA Azerbaijan" ölkə üzrə 67 filialları vasitəsilə 185 milyon ABŞ dolları məbləğindən artıq kredit portfelinə yiyələnməklə, 150.000-dən artıq aktiv müştərilərə innovativ maliyyə xidmətləri təmin edir. FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Aparıcı və sosial baxımdan məsuliyyətli investisiya tərəfdaşları ilə birlikdə, FINCA, maliyyə davamlılığına və sosial yonümlü icraya ikiqat fokuslanmaqla, 23 ölkədə təqribən 2 milyon az gəlirli sahibkarlara və onların icmalarına xidmət göstərən mikromaliyyə təssisatlarının şəbəkəsinə sahibdir və onları idarə edir. Əlavə məlumat üçün http://fmh.finca.org vebsaytına daxil olmağınızı xahiş edirik və yaxud http://twitter.com/finca internet ünvanına daxil olub, bizi orada izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti