...

"FINCA Azerbaijan"ın Xaçmaz və Şabran filiallarının yeni ofisləri açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 19:05 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 26 may 2015-ci il tarixində Xaçmaz və Şabran filliallarının yeni binalarının rəsmi açılış mərasimini həyata keçirib.
"FINCA Azerbaijan"ın Xaçmaz və Şabran filiallarının yeni ofisləri açılıb (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 26 may 2015-ci il tarixində Xaçmaz və Şabran filliallarının yeni binalarının rəsmi açılış mərasimini həyata keçirib. Hər iki bölgənin əlverişli ərazisində yerləşən ofis binaları ümumilikdə səkkiz mindən çox yerli müştəriyə xidmət göstərəcək. Açılış tədbirlərində hər iki rayon icra hakimiyyətindən olan nümayəndələr, təşkilatın Ölkə üzrə Direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri iştirak edib.

Müştərilərinin ən ümdə maraqları və rahatlığının təmin olunmasına çalışan "FINCA Azerbaijan" müasir standartlara tam cavab verən Xaçmaz filialının yeni binası vasitəsilə üç min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərməyə davam edəcək. İki ilə yaxındır bu bölgədə fəaliyyət göstərən filialın müştərilərinin əksəriyyəti əsasən ticarət, təsərrüfat, heyvandarlıq ilə məşğul olan kiçik və orta sahibkarlardır. 3.3 milyon ABŞ dolları məbləğində kredit portfelinə malik olan Xaçmaz filialı müştərilərinə müxtəlif kredit məhsulları təklif etməklə onların həm şəxsi bizneslərinin inkişaf etdirilməsinə, həm də ailələrinin maddi durumlarının yaxşılaşdırılmasına köməklik göstərir. Açılış tədbirində filial ilə uğurlu əməkdaşlıq edən 6 nəfər müştəriyə dəyərli hədiyyələrlər də təqdim olunub.

Eyni gündə "FINCA Azerbaijan"ın Şabran filialının da yeni binasının açılış mərsimi baş tutub. Bu filialda da müştərilərə ən yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə müasir standartlara tam cavab verən ofis şəraiti yaradılıb. 8 ildir bu regionda fəaliyyət göstərən Şabran filialı 3 inzibati ərazi - Şabran, Xızı və Siyəzəndən olan beş min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. 6 milyon ABŞ dollarına yaxın kredit portfeli olan Şabran filialı əsasən kənd təsrrüfatı da daxil olmaqla, kiçik və orta sahibkarlara, fərdi şəxslərə bütün növ FİNCA kredit məhsulları təklif edir. Tədbirdə filial ilə uzun illər əməkdaşlıq edən 6 nəfər müştəri dəyərli hədiyyələrlə mükafatlandırılıb.

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı ölkənin bütün regionlarını əhatə edən 67 filialında 150.000 nəfərdən çox müştəriyə xidmət göstərir. Hazırda təşkilatın 185 milyon ABŞ dolları məbləğində kredit portfeli vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti