...

"Mega Insurance" ASC-nin səhmlərinin satışına başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2015 20:33 (UTC +04:00)
İyunun 1-dən Bakı Fond Birjasında (BFB) "Mega Insurance" ASC-nin ümumi məbləği 2,5 milyon manat olan sənədsiz, adlı, adi səhmlərinin satışına başlanılacaq.
"Mega Insurance" ASC-nin səhmlərinin satışına başlanılır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ənvər Məmmədov/

İyunun 1-dən Bakı Fond Birjasında (BFB) "Mega Insurance" ASC-nin ümumi məbləği 2,5 milyon manat olan sənədsiz, adlı, adi səhmlərinin satışına başlanılacaq.

Trend-in BFB-yə istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 5000 manat olan 500 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "AzFinance Invest" MMC çıxış edir.

Məlumata əsasən, şirkətin səhmdarları iyulun 1-dək səhmlərin əldə edilməsi üzrə üstün hüquqa malikdirlər: "Səhmlərinin emissiyasının yerləşdirilməsi bu il dekabrın 31-də başa çatacaq".

Qeyd edilir ki, ASC-nin səhmləri BFB-nin alternativ bazar seqmentində listinqə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti