Azərbaycan, Bakı, 2 iyul /Trend/
"Unibank"ın peşə bayramları ərəfəsində keçirdiyi xüsusi kampaniyalar artıq ənənə halı alıb. Bankdan Trend-ə verilən məlumata görə, növbəti belə kampaniya Daxili İşlər Nazirliyinin əməkdaşları üçün nəzərədə tutulub.
İyulun 11-dək davam edən kampaniya çərçivəsində DİN əməkdaşları "Unibank" filiallarına müraciət edərək komissiyasız nağd kredit əldə edə biləcəklər. Kampaniya həm manat, həm də dollar kreditlərinə şamil olunur. Hərbçilər və dövlət qulluqçuları üçün nəzərdə tutulan kampaniya da bank tərəfindən iyulun 11-dək uzadılıb. Bu müddətdə polis əməkdaşları ilə yanaşı, hərbiçilər və dövlət qulluqçuları da komissiyasız və sərfəli nağd kreditin şərtlərindən faydalana bilər.
Ölkənin qabaqcıl banklarından olan "Unibank"ın maliyyə bazarında rolu, beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, "Unibank"ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank" nominasiyası üzrə mükafatlandırıb. "Unibank", həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə "Uğur" Milli Mükafatına layiq görülüb.
"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" və "twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.