...

"ExpressPay" ödəniş terminallarında danışıq dəqiqələri hədiyyə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2015 12:52 (UTC +04:00)
"ExpressPay" ödəniş terminallarında "Bakcell" danışıq dəqiqələri hədiyyə olunur.
"ExpressPay" ödəniş terminallarında danışıq dəqiqələri hədiyyə olunur

Azərbaycan, Bakı, 5 avqust /Trend/

"ExpressPay" ödəniş terminalları vasitəsilə "Bakcell" nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə, 5 manat və daha çox ödəniş etdikdə isə 5 pulsuz şəbəkə daxili danışıq vaxtı hədiyyə olunur. Danışıq dəqiqələri yalnız Cin kart abunəçiləri üçün nəzərdə tutulub.

Bakcell-in Klass və Gold abunəçilərinə isə SMS vasitəsilə aldıqları xüsusi kodu Cin kart abunəçilərinə verə bilərlər. Cin kart abunəçiləri bu kodu 5555 qısa nömrəsinə göndərməklə hədiyyə olunan dəqiqələri əldə edəcəklər. Qeyd edək ki, hədiyyə olunan dəqiqələr 3 gün ərzində istifadə olunmalıdır. Balansda olan hədiyyə dəqiqələrin qalığını *777# "YES" əməliyyatı vasitəsi yoxlamaq olar.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom - BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

"ExpressPay" ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə "Qaynar xətt" xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS-terminal və 250-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti