...

"Fitch" manatın təkrar devalvasiyasını gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2015 12:14 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının bundan sonra devalvasiyasını gözləmir. .
"Fitch" manatın təkrar devalvasiyasını gözləmir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Azad Həsənli/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının bundan sonra devalvasiyasını gözləmir. Bunu Trend-ə agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev deyib.

O hesab edir ki, neftin ucuz qiymətlərinin təzyiqini nəzərə alsaq, Azərbaycan üçün müəyyən risklər qalır: "MDB-nin digər ölkələrində isə devalvasiya daha dərin olub. Agentlik bunu Azərbaycanda baza ssenarisi qismində nəzərdən keçirmir".

Ekspert deyib ki, ehtimalı (təkrar devalvasiya) qiymətləndirmək çətindir: "Lakin demək olar ki, hazırda ehtimal 50 faizdən az təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti