...

195-2 Çağrı Mərkəzinə 1000-dən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2015 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə sentyabr ayında 1000-dən çox, bu ilin doqquz ayında 9300-dən artıq müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılı və müvafiq tədbirlər görülüb. İndiyədək isə 195-2 Çağrı Mərkəzinə 38 mindən çox müraciət edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli Sərəncamına uyğun olaraq, 2009-cu ildən fəaliyyət göstərən İqtisadiyyat və Sənaye Nazirliyinin 192-2 Telefon Məlumat Mərkəzinin bazasında Çağrı Mərkəzi yaradılıb. Nazirliyin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti