...

Sənaye sahəsində brendlərin yaradılması ilə bağlı təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 20:42 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində “Reklam və marketinq kommunikasiyaları” mövzusunda təlim keçirilib.
Sənaye sahəsində brendlərin yaradılması ilə bağlı təlim keçirilib

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində "Reklam və marketinq kommunikasiyaları" mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimdə qida, mebel, yüngül, tikinti sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak ediblər.

"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq keçirilən layihənin məqsədi sənaye müəssisələrinin marketinq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və brendləşmənin təşviq edilməsidir.

Treninqdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

"Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində "Brendinq və sənayədə brendləşmə" və "Marketinq strategiyaları" mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti