...

Azərbaycanın lizinq şirkəti dollarda istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2015 13:22 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finans Lizinq” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.
Azərbaycanın lizinq şirkəti dollarda istiqrazlar buraxır

Bakı. Ənvər Məmmədov - Trend:

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Finans Lizinq" ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ2019006579
Emissiyanın həcmi 250 000 ABŞ Dolları
Yerləşdiriləcək istiqrazların sayı 500 ədəd
Bir istiqrazın nominal dəyəri 500 ABŞ Dolları
İstiqrazların tədavül müddəti 1080 gün
İstiqraz üzrə faiz dərəcəsi 14 %
Faiz ödəniş dövrünün müddəti 3 aydan bir
Anderrayter "Texnika Kapital Menecment" MMC

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti