...

“Çilov” yatağında stasionar dəniz özülü əsaslı təmir edilıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2016 14:54 (UTC +04:00)

Bakı. Trend:

28 May adına NQÇİ-nin istismar etdiyi "Çilov" yatağındakı 123 nömrəli stasionar dəniz özülü əsaslı təmir edilıb. Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, özüldəki hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar yeniləri ilə əvəz olunub, 16 ədəd svay vurulub. Bundan başqa, 48 ədəd svaylararası şaquli və üfüqi rabitələr, 1 minik və 1 yanalma meydançası, 2 ədəd metal lövhə və 300 metr uzunluğunda metal məhəccər quraşdırılıb, 310 metr uzunluğunda yanğından mühafizə üçün su xətti çəkilib, platformanın 500 kvadratmetrlik metal döşəməsi təmir edilib.

2014-cü ilin aprel ayından başlanılmış təmir işləri "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti