...

Azərbaycan dövlət büdcəsinə yenidən baxa bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 12:29 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

"Çox güman ki, Azərbaycanda dövlət büdcəsinə yenidən baxılacaq".

Trend-in məlumatına görə, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

Z.Səmədzadə bildirib ki, neftin qiymətinin dünya bazarında ucuzlaşması iqtisadi planlara yenidən baxmağı zəruri edir.

Z.Səmədazə deyib ki, bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var: "Ancaq bu valyuta ehtiyatlarını birdən birə xərcləmək olmaz. Valyuta ehtiyatları səmərəli şəkildə istifadə olunmalıdır".

Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda valyuta məzənnələri tənzimlənməlidir. Komitə sədri hesab edir ki, ölkədə yüzlərlə valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur.

Z.Səmədzadə əlavə edib ki, bu günki növbədənkənar iclasda müzakirəyə çıxarılan qanun layihələri Azərbaycan iqtisadiyyatının davamlılığını artıracaq, əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti