...

Deputat: Azərbaycan aqrar sektorda yeni kooperasiya sisteminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 18:47 (UTC +04:00)
Azərbaycan aqrar sektorda yeni kooperasiya sisteminə keçir ki, bu da kiçik fermer təsərrüfatlarının birləşməsinə xidmət edir.
Deputat: Azərbaycan aqrar sektorda yeni kooperasiya sisteminə keçir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan aqrar sektorda yeni kooperasiya sisteminə keçir ki, bu da kiçik fermer təsərrüfatlarının birləşməsinə xidmət edir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin iclasında deyib.

Onun sözlərinə görə, bu, "Kooperasiya haqqında" qanuna dəyişikliklər edildikdən sonra mümkün olacaq.

Komitə sədri ötən il Ağcabədi rayonunda pilot fermer təsərrüfatına baş çəkdiyini bildirib: "Təsərrüfatın məhsuldarlığı digər fermer təsərrüfatlarından daha yüksək idi. Dövlət başçısı 50 belə fermer təsərrüfatının yaradılmasını tapşırıb. Hazırda onların yaradılması üzrə iş gedir".

Ötən ilin nəticələrinə toxunan E.İbrahimov 2015-ci ildə taxıl məhsullarının hər hektardan məhsuldarlığının 30,5 sentner, buğda məhsullarının isə 31,1 faiz təşkil etdiyini deyib: "Bu, yaxşı göstəricilərdir".

O, diqqətə çatdırıb ki, Xaçmaz rayonunda aqropark yaradılır: "Burada 2500 başlıq heyvandarlıq kompleksi, gündəlik 50 ton gücündə süd emalı zavodu, 10 hektarlıq istixana, 60 hektarlıq sahəsi olan intensiv bağçılıq üzrə təsərrüfat tikiləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti