...

A-Qroup liderlər onluğunda

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 15:12 (UTC +04:00)
A-Qroup Sığorta Şirkəti 2015-ci ilin yekunlarına görə sığorta haqlarının yığımında 10-cü yerindən 9-cü yerə galxıb liderlər onluğuna daxil olub.
A-Qroup liderlər onluğunda

Bakı. Trend:

A-Qroup Sığorta Şirkəti 2015-ci ilin yekunlarına görə sığorta haqlarının yığımında 10-cü yerindən 9-cü yerə galxıb liderlər onluğuna daxil olub.

Trend-in məlumatına görə, A-Qroup-un 2015-ci il ərzində yığılmış sığorta haqları 12 629 347.62 AZN təşkil edib. A-Qroup-un ümumi sığorta yığımının əsas hissəsi, həmişə olduğu kimi könüllü tibbi sığortanın payına düşür.

Sabit müsbət artım dinamikası bir daha təsdiqləyir ki, A-Qroup Sığorta Şirkəti üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

A-Qroup sığorta bazarında 20 ildən artıq fəaliyyətini uğurla davam etdirir və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti