...

Nazir: Azərbaycanın Rusiya və Türkiyədə rəsmi turizm nümayəndəliyi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 11:46 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanın Rusiya və Türkiyədə rəsmi turizm nümayəndəliyi açılacaq.
Nazir: Azərbaycanın Rusiya və Türkiyədə rəsmi turizm nümayəndəliyi açılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın vaxtlarda Azərbaycanın Rusiya və Türkiyədə rəsmi turizm nümayəndəliyi açılacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, Rusiya və Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının təmçilçiliyinin açılması üçün artıq müqavilələr bağlanıb və məkanlar müəyyənləşdirilib.

Ə.Qarayev deyib ki, fevralın axırına kimi Türkiyədə, martın ortasına kimi isə Rusiyada Azərbaycan turizminin xüsusi nümayəndəlikləri açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti