...

Naxçıvan-Məşhəd sərnişin qatarı ilə bağlı təşkilati işlər müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2016 16:37 (UTC +04:00)
Azərbaycan və İran dəmiryolçuları Naxçıvanda görüşdülər.
Naxçıvan-Məşhəd sərnişin qatarı ilə bağlı təşkilati işlər müzakirə olunub (FOTO)

Bakı. Trend:

Martın 3-də Naxçıvan Muxtar Respublikasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha arasında ikitərəfli görüş keçirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli, İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi, Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması məsələləri müzakirə olunub.

C.Qurbanov görüşdə çıxış edərək, iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasətdən, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, gələcəkdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələlərindən danışıb.

A.Hajfathaliha çıxış edərək müzakirə edilən məsələlər barədə fikirlərini bildirib.

Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin mart ayı ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının araşdırılıb müzakirəyə çıxarılması və növbəti görüşün aprel ayında keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti