...

195-2 Çağrı Mərkəzinə 7 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2016 17:30 (UTC +04:00)
2016-cı ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 7000-dən çox müraciət daxil olub.
195-2 Çağrı Mərkəzinə 7 mindən çox müraciət daxil olub

Bakı. Trend:

2016-cı ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 7000-dən çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək isə 195-2 Çağrı Mərkəzinə 52 minə yaxın müraciət edilib.

Müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti