...

Maliyyə Bazarlarına Nəzarət Palatası Beynəlxalq Bankın problemli kreditlərinin məbləğini dəqiqləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 16:37 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin dəqiq həcmi Maliyyə Bazarlarına Nəzarət Palatasının bu bankda aparacağı kreditlərin təsnifatından sonra məlum olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası Beynəlxalq Bankın problemli kreditlərinin məbləğini dəqiqləşdirir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin dəqiq həcmi Maliyyə Bazarlarına Nəzarət Palatasının bu bankda aparacağı kreditlərin təsnifatından sonra məlum olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, işlər (bankın aktivlərinin "təmizlənməsi" üzrə - red.) davam edir: "Təsnifat kreditin problemli olub-olmadığını, eləcə də onların problemlilik səviyyəsini müəyyənləşdirməyə imkan verir. Bu təsnifata əsasən, bankın kifayət həcmdə problemli krediti var. Devalvasiyadan sonra bankda başqa problemlər də aşkarlandı və buna görə Palata borc öhdəliklərinin təkrar təsnifatını aparır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti