...

Bakıda daha bir yol təmir edildi (VIDEO,FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2016 13:01 (UTC +04:00)
Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib.
Bakıda daha bir yol təmir edildi (VIDEO,FOTO)

Bakı. Trend:

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib. Bu barədə Trend-ə "Azəravtoyolservis" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir.

Həmin hissənin uzunluğu təqribən 1 km-dir ( 500m x 2 ). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı ( 3 x 2 ) olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir.

Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min paqon-metrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min m2 ərazi 2 qat olmaqla asfaltlanıb. Bundan başqa yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.

Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir.

Qeyd edək ki, küçənin ümumi uzunluğu 3.7 kilometrdir ( 1.85 km. x 2 ).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti