...

Azərbaycanda kompensasiya olunmuş əmanətlərin həcmi iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 13:20 (UTC +04:00)
2016-cı ilin 6 ayın yekunlarına görəŞ fiziki şəxslərin cəmi əmanətləri 7 761 mln. manat təşkil edib.
Azərbaycanda kompensasiya olunmuş əmanətlərin həcmi iki dəfə artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

2016-cı ilin 6 ayın yekunlarına görəŞ fiziki şəxslərin cəmi əmanətləri 7 761 mln. manat təşkil edib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən əmlumata görə, 2016-cı ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 milyon manat (5%) azalmış və nəticədə cəmi əmanətlərin (7,8 milyard manat) 73%-ni (5,66 milyard manat) qorunan əmanətlər, 27%-ni (2,10 milyard manat) isə qorunmayan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2 275 milyon manat) artaraq 4 572 milyon manat olub ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ni, qorunan əmanətlərin isə 81%-ni təşkil edib.

Qorunan əmanətlərin 77%-i ABŞ dollarının, 19%-i manatın, 4%-i Avronun payına düşür.

2016-cı ilin II rübündə Fondun cəmi aktivləri 168,2 mln. manat etmişdir, bunlardan uzunmüddətli aktivlər 2,2 mln. manat təşkil edib.

2016-cı ilin II rübündə Fondun cəmi gəlirləri 13,7 milyon manat olumşdur ki, bunun da 13,2 milyon manat hissəsini təqvim haqları, 443 min manat hissəsini faiz gəlirləri təşkil edib. Fondun inzibati və ümumi xərcləri 1,8mln. manat, bunun da 943,5 min manatını əməliyyat xərcləri təşkil edib.

Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir.

2016-cı ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 37-dir.

1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti