Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsinin hazırlanması prosesi hələ başa çatmayıb. Bu səbəbdən bank 2016-ci ildə özəlləşdirilməyəcək.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı "Reuters"ə müsahibəsində deyib.
R.Aslanlı qeyd edib: "Hökumət ABB-nin əksər problemlərini həll edib, lakin bu proses vaxt tələb edir. Bu səbəbdən bankın bu il özəlləşdiriləcəyi real deyil".