...

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 700-dən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 14:06 (UTC +04:00)
İyul ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 700-dən çox, ümumilikdə isə indiyədək 55 mindən çox müraciət edilib.
İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 700-dən çox müraciət daxil olub

Bakı. Trend:

İyul ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 700-dən çox, ümumilikdə isə indiyədək 55 mindən çox müraciət edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək və səsli menyunun köməyi ilə müvafiq məlumatlar əldə etmək olar. Stasionar nömrələrdən “195-2” nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti