...

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması nə vaxt başa çatacaq?

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2016 12:06 (UTC +04:00)
Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin azaldılması üzərində işləyir.
Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması nə vaxt başa çatacaq?

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin azaldılması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O qeyd edib ki, Palata hölumətlə bankın sağlamlaşdırılması çərçivəsində sıx əlaqədədir: "Hazırda onun kiçildilməsi prosesi gedir, belə ki, Beynəlxalq Bankın aktivləri tədricən bazarın digər iştirakçılarına verilir. 2017-ci ildə müvafiq işlər davam etdiriləcək və mən əminəm ki, bankın sağlamlaşdırılması prosesi gələn il başa çatacaq".

R.Aslanlı əlavə edib ki, MBNP gələcəkdə bazarda yalnız özəl bankların qalmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti