...

Məişət texnikası istehsalı üzrə dünya lideri Bakıda mağaza açıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2016 16:04 (UTC +04:00)
Ev təsərrüfatı və peşəkar istifadə üçün məişət texnikası istehsalı üzrə dünya lideri sayılan İsveçin “Electrolux” şirkəti Bakıda rəsmi mağazasının açılışını elan edir.
Məişət texnikası istehsalı üzrə dünya lideri Bakıda mağaza açıb (FOTO)

Bakı. Trend:

Ev təsərrüfatı və peşəkar istifadə üçün məişət texnikası istehsalı üzrə dünya lideri sayılan İsveçin “Electrolux” şirkəti Bakıda rəsmi mağazasının açılışını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, 170 kv. metr sahəyə malik mağazada şirkətin ən son yenilikləri təqdim olunur. Mağazada bu məhsulları yerindəcə sınamaq, həmçinin peşəkar texnikanın sirləri ilə yaxından tanış olmaq mümkündür.

Beləliklə, mağazanın açılış mərasimi çərçivəsində potensial müştərilər, tərəfdaşlar, istehlakçılar və media nümayəndələri şirkətin “Electrolux”, AEG və “Zanussi” kimi ticarət nişanlarının məhsulları ilə tanış olublar.

“Electrolux” şirkətinin Ukrayna və Qafqaz regionu üzrə direktoru Aleksandr Kuzik bildirib: "Şirkət müştəri tələblərinin qarşılanması məqsədilə onların hərtərəfli araşdırılması əsasında düşünülmüş dizayn və innovativ yanaşmalara xüsusi diqqət ayırır. Ətraflı düşünülmüş dizayn konsepsiyası funksionallıq, istifadə rahatlığı, məhsulun “əldə oturması”, xarici görünüşü və müştərinin ona maraq göstərdiyi andan məhsulu əldə etməsi, quraşdırması və istifadəsi zamanı ümumi təəssüratlarını əhatə edir. Azərbaycanın paytaxtında mağazamızın açılışına şadıq və əminik ki, “Electrolux” istehlakçıların bütün gözləntilərini doğruldacaq".

“Electrolux” şirkəti məhsullarının, xidmətlərinin və istehsalının ətraf mühitin qorunması prinsiplərinə uyğunluğunu təmin etmək üçün bütün səylərini səfərbər edir. Bu məqsədlə məhsulların istehsal prosesi ətraf mühitə mənfi təsirin azaldılması ideyasına yönəlib. Belə ki, daimi təkmilləşdirmə məqsədilə enerji istehlakının, həmçinin tullantıların və çirkləndirmənin mütəmadi nəzarətdə saxlanması həyata keçirilir. Qrup ekologiya qanunvericiliyinə təşəbbüskar yanaşmanın tərəfdarıdır və tədarükçüləri də “Electrolux”un əməl etdiyi ekoloji prinsiplərə keçməyi həvəsləndirir.

“Electrolux” şirkətinin Mərkəzi Avropa üzrə satış rəhbəri Tomaş Sipitovskiy vurğulayıb: "Gündəlik həyatı daha asan və xoşagələn etmək – ”Electrolux” şirkətində hər kəs bu ortaq məqsədlə bölüşür. Əməkdaşlarımızın fəaliyyəti bu məqsədə nail olunmasına yönəlib və onların hər biri qrupun uğurlarına öz töhfəsini verir. Şirkət “Electrolux”, AEG, “Zanussi” ticarət nişanları altında soyuducu, qabyuyan və paltaryuyan maşınları, tozsoran və mətbəx plitələri istehsal edir. Hər il şirkət 150 bazarda 60 milyon məhsul vahidi realizə edir".

Qeyd edək ki, “Electrolux”un qlobal olaraq əməkdaşlarının sayı 58 min nəfər təşkil edir. Şirkətin istehsal obyektləri və elmi-araşdırma mərkəzləri dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir. “Electrolux”un məhsul çeşidlərinə sobalar, plitələr, aspiratorlar, soyuducular, buz kameraları, çaxır dolabları, qabyuyan və paltaryuyan maşınlar, tozsoranlar, kiçik məişət texnikası, yemək hazırlanması üçün faydalı aksessuarlar və s. daxildir.

"Electrolux" mağazası 28 may küçəsi, 69 ünvanında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti