...

Bank rəhbərlərinə sərt xəbərdarlıq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2016 11:02 (UTC +04:00)
Qanun layihəsi artıq hazırdır.
Bank rəhbərlərinə sərt xəbərdarlıq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda bank rəhbərləri səriştəsiz fəaliyyətə görə məsuliyyət, hətta cinayət məsuliyyəti daşıyacaqlar.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda bank konfransında bildirib.

O qeyd edib ki, bu məqsədlə xüsusi hüquqi platforma hazırlanıb:

"Qanun layihəsi artıq hazırdır. Layihə bank menecmentləri üçün maliyyə, cinayət və inzibati məsuliyyəti nəzərdə tutur".


Məqalədə:
Xəbər lenti

Xəbər lenti