...

AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2016 13:04 (UTC +04:00)
AZAL Bakıdan Moskvaya, "Vnukovo" Hava Limanına müntəzəm reyslərin sayını artırır.
AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır (FOTO)

Moskva. Azad Həsənli - Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Moskvaya, "Vnukovo" Hava Limanına müntəzəm reyslərin sayını artırır.

Trend-in məlumatına görə, bundan sonra 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından "Vnukovo" Hava Limanına hər gün iki reys yerinə yetiriləcək.

Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" Hava Limanının baş direktoru Vasiliy Aleksandrov noyabrın 29-da Moskvada imzalayıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla səhər saat 08:00-da və 16:30-da, Moskvaya eniş - saat 10:10-da və 18:40-da. "Vnukovo" Hava Limanından uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da.

Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi altında komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir.

Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" Hava Limanı ilə yanaşı, AZALJET Moskva "Domodedovo" Hava Limanına, Sankt-Peterburq ("Pulkovo"), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Qeyd edək ki, reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti