...

Neftimiz cüzi ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2017 10:38 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 55,83 dollar/barel təşkil edib
Neftimiz cüzi ucuzlaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 55,83 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,37 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 54,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 9-da 51,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 9-da 54,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,61 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti