Bakı. Azad Həsənli - Trend:
2017-ci ildə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin sığorta qanunvericiliyində ciddi dəyişikliklər həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər sığorta şirkətlərinə uzunmüddətli yığımları həyata keçirməyə imkan verəcək.
Bundan başqa, R.Aslanlı qeyd edib ki, ötən ilki fəaliyyət bank sektoruna həsr olunmuşdu:
“Bank sektorundaki hazırkı stabillik daha dərin islahatların həyata keçirilməsi üçün əlverişli mühit yaradır”.