...

Azərbaycan Həştərxanda zavod açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2017 20:17 (UTC +04:00)
Azərbaycanın "Atef-russ" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasında ilk investor olub.
Azərbaycan Həştərxanda zavod açır

Bakı. Trend:

Azərbaycanın "Atef-russ" şirkəti Həştərxanda "Lotos" xüsusi iqtisadi zonasında ilk investor olub.

Trend-in məlumatına görə, bu barədə Peterburq beynəlxalq iqtisadi forumunda regionun qubernatoru Aleksandr Jilkin deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkəti 2018-ci ildə burada elektrik mühərrikləri istehsalı üzrə zavod açacaq. Artıq şirkət elektrik mühərrikləri və elektrik komponentlərinin istehsalı üzrə zavodun tikintisinə başlayıb.

Qubernator bildirib ki, zavodun istehsal edəcəyi məhsullara Rusiya bazarında böyük tələbat var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti