Bakı. Ənvər Məmmədov - Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sığorta şirkətləri 368,92 milyon manat, yəni ötən illə müqayisədə 3,6% çox sığorta haqqı toplayıb.
Trend-in məlumatına görə, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə ötən illə müqayisədə 22,15% artaraq 167,061 milyon manat olub.
Qeyd edək ki, əvvəlki 3 ayda azalma müşahidə olunub.
Könüllü sığorta haqları 11,7 faiz artaraq 252,98 milyon manat, ödənişlər isə 30,5 faiz artaraq, 130,75 milyon manat təşkil edib.
Hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir.