...

İdxal edilən tütün və spirtli içkilərə görə aksiz vergisi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2017 10:40 (UTC +04:00)
Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir.
İdxal edilən tütün və spirtli içkilərə görə aksiz vergisi artırılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

"Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti