...

Bank rəsmisi: “Bank of Baku” əməkdaşının mənimsədiyi pullar qaytarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2017 13:40 (UTC +04:00)
“Bank of Baku”nun əməkdaşı tərəfindən mənimsənilmiş 425 min dollar artıq qaytarılıb.
Bank rəsmisi: “Bank of Baku” əməkdaşının mənimsədiyi pullar qaytarılıb

Bakı. Azad Həsənli - Trend:

“Bank of Baku”nun əməkdaşı tərəfindən mənimsənilmiş 425 min dollar artıq qaytarılıb.

Bunu Trend-ə bankın İdarə Heyətinin sədri vəzifələrini icra edən Eldar Həmidov deyib.

Onun sözlərinə görə, hazırda narahatlıq üçün heç bir səbəb yoxdur: “Bu, uğursuz oğurluq cəhdi idi, amma bu əməlin qarşısı operativ şəkildə alınıb. Bütün pullar qaytarılıb”.

Qeyd edək ki, “Bank of Baku”nun adı açıqlanmayan əməkdaşı 425 min dolları mənimsəyərək ölkədən çıxmağa çalışıb. Onun bu cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti