...

Azərbaycan və İran neft və neft məhsullarının daşınmaları üzrə güzəştli tarif barədə razılaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2018 07:22 (UTC +04:00)
Azərbaycan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində neft və neft məhsullarının daşınmaları üzrə güzəştli tarif barədə razılaşıblar
Azərbaycan və İran neft və neft məhsullarının daşınmaları üzrə güzəştli tarif barədə razılaşıblar

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində neft və neft məhsullarının daşınmaları üzrə güzəştli tarif barədə razılaşıblar.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib.

Ə.Qasımov qeyd edib ki, "Şimal-Cənub" dəmir yolu dəhlizi üzrə daşımaların təmin edilməsi üzrə işlər davam etdirilir: "Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinin birinci mərhələsi Astara - Astara hissəsində test qatarının buraxılması ilə başa çatıb. İran ərazisindəki Astara-Rəşt hissəsinin tikintisi başa çatdıqdan sonra qatarlar Hind okeanından Şimali Avropaya qədər hərəkət edə biləcəklər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyədən Şərqi və Mərkəzi Avropaya. İran mənşəli neft və neft məhsullarının Azərbaycan ərazisindən daşınması üzrə 50 faiz endirimli güzəştli tarif artıq razılaşdırılıb".

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə, dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti