Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda xarici işçi qüvvəsinə ehtiyacı olan xarici şirkətlərdən ibarət xüsusi şuranın yaradılması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
V.Hüseynov bildirib ki, şuranın tərkibinə “AmCham”, Türk İş Adamları Konfederasiyası, Azərbaycan-Almaniya Ticarət Palatası, BP, SOCAR kimi təşkilat və şirkətlər daxil olacaq.
V.Hüseynovun sözlərinə görə, Şura xarici ölkə vətəndaşlarının Azərbaycanda işə düzəlməsinə icazələrin verilməsinin sadə və şəffaf prosesini təmin edəcək:
“Sənədlərin verilməsindən yekun qərarın qəbulunadək bütün proseslər elektron qaydada həyata keçiriləcək və bu prosesləri əvvəldən axıradək izləmək olacaq”.