...

Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2018 09:19 (UTC +04:00)
Sentyabrın 12-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.
Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Bakı. Trend:

Sentyabrın 12-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib.

Foruma Çex Respublikası iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanla Çexiya arasında əmtəə dövriyyəsi bu ilin yanvar-iyulunda 473 milyon dollar təşkil edib. Bunun təqribən 394,3 milyon dolları Azərbaycan məhsullarının Çexiyaya ixracının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti