...

“Gilan” nizamnamə kapitalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2019 15:48 (UTC +04:00)
İyun ayının əvvəlində “Gilan”ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılıb.
“Gilan” nizamnamə kapitalını artırıb

Bakı. Trend:

İyun ayının əvvəlində “Gilan”ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılıb.

Əldə olunan məlumata əsasən, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395,850,678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22,182,402 manat təşkil edirdi.

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilmişdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti