Bakı. Trend:
Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimaldır.
Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə,inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir: "Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir".
V.Qasımlı bildirib ki, inflyasiya idarəedilən olmalıdır: "Çox yaxşı haldır ki, Azərbaycan Mərkəzi Bankı buna nəzarət edir".