...

Azərbaycana 500-dən çox investor cəlb ediləcək - MUSİAD

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2021 23:14 (UTC +04:00)
Azərbaycana 500-dən çox investor cəlb ediləcək - MUSİAD

Bakı. Zeyni Cəfərov - Trend:

MUSİAD və İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında imzalanan sənədə əsasən, 500-dən çox investor Azərbaycana cəlb olunacaq.

Bu barədə Trend-ə layihə əsnasında MUSİAD-ın Azərbaycandakı nümayəndəsi Möhtərəm Öz deyib.

Onun sözlərinə görə, bu ilin oktyabr ayında Bakıda beynəlxalq biznes forumu (International Business Forum - IBF) keçiriləcəkdir ki, burada dünyanın hər yerindən iştirak edən investorların ümumi sayı 2500-ə çatacaq:

"Bu da öz növbəsində Azərbaycana sərmayələrin cəlb edilməsi və iş adamlarının birgə tərəfdaşlığı baxımından böyük imkanlar açır. MUSİAD də buna imkan yaradır".

MUSİAD-ın Azərbaycanla qardaşlığı və iş tərəfdaşlığını özünə məxsus şəkildə birləşdirdiyi, bu təşəbbüsün xaricdəki azərbaycanlı sahibkarları da əhatə edəcəkləri və ölkələrinə sərmayə qoymaları da qeyd edildi:

"Məqsədlərə çatmaq və Azərbaycanın maraqlarına xidmət etmək üçün geniş bir şəbəkəyə ehtiyac var".

Qeyd edək ki, MUSİAD dünyanın 95 ölkəsində və Azərbaycanda 2018-ci ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti