...

Hyundai zavodu Rusiyada konveyeri dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2021 06:08 (UTC +04:00)
Hyundai zavodu Rusiyada konveyeri dayandırır

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilləri istehsal edən "Hyundai" zavodu yay tətili dövrü ərzində istehsalat konveyerini dayandırır.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə konsernin Rusiya bölməsinin mətbuat xidməti bildirib.

Zavodda yay tətilləri iki həftə davam edəcək: 19 iyul - 1 avqust. Müəssisənin konveyeri 2 Avqust 2021-ci ildə yenidən işə başlayacaq.

Xatırladaq ki, Sankt-Peterburqdakı Hyundai zavodu 2010-cu ilin sentyabrında fəaliyyətə başlayıb. Şirkət "Hyundai Solaris", "Hyundai Creta", "Kia Rio" və "Kia Rio X-Line" modellərini istehsal edir. Zavod ildə 200 mindən çox nəqliyyat vasitəsi istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti