...

Toshiba 2023-cü ilə qədər üç şirkətə bölünə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2021 23:34 (UTC +04:00)
Toshiba 2023-cü ilə qədər üç şirkətə bölünə bilər

Bakı. Trend:

Yaponiyanın Toshiba korporasiyasının rəhbərliyi 2023-cü ilə qədər onu üç ayrı şirkətə bölməyi planlaşdırır.

Trend xəbər verir ki, yeni şirkətlər müvafiq olaraq infrastrukturun inkişafı, texnologiya cihazları və yarımkeçirici yaddaş komponentləri ilə məşğul olacaqlar. Bu plan Toshiba rəhbərliyinin müxtəlif gəlir mənbələri və inkişaf strategiyaları olan şirkətlər yaratmaqla səhm dəyərini artırmaq istəyi ilə əlaqələndirilir.

Son illərdə korporasiya, xüsusən də 2015-ci ildə maliyyə hesabatlarının saxtalaşdırılması ilə bağlı baş vermiş böyük qalmaqalla bağlı böhran yaşayır. Şirkət 2017-ci ildə Amerika bölməsinin iflası səbəbindən ciddi itkilərlə üzləşdi. Korporasiyanı həmçinin onun rəhbərliyi ilə bir sıra iri səhmdarlar arasında yaranan münaqişə sarsıtdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti