...

DGK sədri gömrük rüsumları və əlavə dəyər vergisindən danışdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2021 11:37 (UTC +04:00)
DGK sədri gömrük rüsumları və əlavə dəyər vergisindən danışdı

Bakı. Xaqan İsayev. Trend:

Gələn il hibrid və elektrik nəqliyyat vasitələrinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Nəqliyyat vasitələrinin rüsumlarının, aksizlərinin yuxarı və ya aşağı olması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil. Hökümət tərəfindən müvafiq qərarlar qəbul olunur, gömrük orqanları bunu icra edir. Bugün tətbiq olunan vergi və rüsumlar hələ ki bir neçə il bundan qabaq qəbul olunmuş qaydalara uyğundur". - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, son dövrlərdə hər hansı bir artım nəzərdə tutulmamışdır. Hətta gələn il hibrid və elektrik nəqliyyat vasitələrinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə onlar yəqin ki tam imzalandıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - S. Mehdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti