...

Yardımlıda İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur – Səfər Mehdiyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2021 11:53 (UTC +04:00)
Yardımlıda İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur – Səfər Mehdiyev

Bakı. Xaqan İsayev. Trend:

Yardımlı rayonu ərazisində İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Belə müzakirələr də getmir. Cənub istiqamətində, İranla bizim kifayət qədər qapımız var. Elə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə olunur. Biz icraedici orqanıq. Hər hansı qaçaqmalçılıq faktı, yayınma hallarının qarşısının alınması məqsədilə elektron idarəatmə sistemləri, eletron ticarət bəyannamələri qəbul olunub. Böyük bir baza yaranıb və həm ölkənin statistik bazası, eyni zamanda elektron ticarət dövriyyəsinin nə olduğunu biz nəzarətə götürə bilmişik”, - S. Mehdiyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti