...

Azərbaycan regionlarının böyük biznes potensialı var - Beynəlxalq Ticarət Mərkəzi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2022 12:24 (UTC +04:00)
Azərbaycan regionlarının böyük biznes potensialı var - Beynəlxalq Ticarət Mərkəzi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın regionlarının biznes aparmaq üçün böyük potensial var.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Pol Kelli Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" üzv ölkələri üçün rəqəmsal ticarət platformasının təqdimatı zamanı deyib.

"Məlumat bazamız vasitəsilə görürük ki, Azərbaycan şirkətləri kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixracının genişlənməsində maraqlıdır. Məsələn, biz Azərbaycan pomidor və ya fındıq istehsalçıları tərəfindən Almaniya kimi bazarlarda mövcudluğun genişlənməsinə böyük marağı müşahidə edirik", - deyə o bildirib.

P.Kelli əlavə edib ki, Azərbaycanla Aİ, eləcə də "Şərq tərəfdaşlığı" ölkələri ilə ticarət dövriyyəsinin növbəti beş il ərzində 180 milyon dollaradək artmaq potensialı var.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti